Azərbaycan əsgərinin əlində patron partladı

10 Mart 2014 15:23 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralanıb. 

Hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü əsgər Elmir Sərdar oğlu Hüseynovun əlində patron partlayıb. Nəticədə əsgər sağ əlinin üç barmağını itirib. E.Hüseynov hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib. 

Qeyd edək ki, E.Hüseynov Ağcabədi rayonundan hərbi xidməti çağırılıb.