Yanukoviç müraciət edəcək

10 Mart 2014 16:50 (UTC+04:00)


Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviç sabah bəyanatla çıxış edəcək. Yanukoviçin bəyanatı Rostovda səsləndirəcəyi qeyd edilib. Ona yaxın mənbələrə istinadən yayılan məlumata görə, tədbirin yeri və vaxtı barəsində dqiq məlumat veriləcək. 

Qeyd edək ki, Ukraynada baş verən ixtişaşlardan sonr a fevral ayının 22-də hakimiyyət dəyişikliyi baş verib. Ali Rada prezident Viktor Yanukoviçin səlahiyyətlərini əlindən alıb. Prezidentin səhaliyyətlərini müvəqqəti olaraq Aleksandr Turçinov icra edir. 

May ayının 25-də yeni prezident seçkisi təyin edilib.

Yanukoviç fevralın 28-də Rostovda mətbuat konfransı keçirmişdi. O, fiziki təhdidlərə görə ölkəni tərk etmək məcubiriyyəti qarşısında qaldığını, lakin hələ də qanuni dövlət başçısı olduğunu demişdi.