Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin növbəti görüşünün vaxtı açıqlanıb

10 Mart 2014 17:06 (UTC+04:00)

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Əhməd Davudoğlunun növbəti görüşünün vaxtı məlum olub.

Görüş mart ayının 14-də Türkiyənin Van şəhərində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin sonuncu üçtərəfli görüşü 2013-cü ilin mart ayında Naxçıvanda keçirilib. Görüş yekun sənədin - bəyannamənin imzalanması ilə başa çatıb.