Mixail Xodorkovski Putini tənqid edib

10 Mart 2014 21:27 (UTC+04:00)
Bir qədər əvvəl azadlığa çıxan Mixail Xodorkovski Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyib. Movqe.az-ın məlumatına görə, Xodorkovski Kiyevdə Ukrayna Dövlət Texniki universitetinin tələbələri qarşısında çıxış edərkən bildirib ki, Rusiya 19-cü əsrdəki kimi addım atıb.Xodorkovski Krımın ruslar üçün "müqəddəs yer" olduğunu və Kiyev tərəfindən bunun nəzərə alınmasının vacibliyini bildirib.Onun sözlərinə görə, Krıma geniş muxtariyyətin verilməsi və yarımadada birgə Rusiya-Ukrayna iqtisadiyyat zonasının yaradılması yaranmış böhrandan ən yaxşı çıxış yolu olardı.Tələbələr Xodorkivskinin dediklərinin heç də hamısı ilə razılaşmayıb. Onların fikrincə, Xodorkovski Rusiyanı Ukraynanın "böyük qardaş"ı kimi görür.