Məhkəmə hökmünün elanından sonra Oqtay Gülalıyev iclas salonundan sərbəst buraxılıb.
Bununla yanaşı Turan agentliyi fəal barədə cinayət işinin qüvvədə qaldığını bildirir.
Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların "ədalətli bölünməsi" tələbi ilə keçən etirazlardan sonra həbs olunub.
Ona qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülüb.
Xatırladaq ki, 2010-cu ilin yazında çayların daşması zamanı yüz min hektar torpaq və iyirmi min ev ziyan çəkib
Türkan Nadirqızı
Movqe.Az