Bakı-Sumqayıt yolunda böyük tıxac

11 Mart 2014 10:20 (UTC+04:00)

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Məlumata görə, tıxac Sumqayıtdan Bakı istiqamətində, Xırdalan qəbristanlığı ətrafında müşahidə olunur. Bir saata yaxındır davam edən tıxacın qarşısını almaq üçün əraziyə yol partul xidmətinin əməkdaşları cəlb olunublar. Avtomobillərin hərəkəti məhdudlaşıb.