Bakıda maşınlar yandı

13 İyun 2012 21:38 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakıda üç maşın yanıb. 

Qeyd edək ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin internet saytına bildirilir.

Məlumata görə, ötən gecə Nəsimi rayonunda yaşayış binasının qarşısındakı dayanacaqda dayanmış "Land Rover" markalı minik avtomobilinin yanar hissələri, "Mitsubishi" markalı minik avtomobilinin işıqlandırma sistemi və buferi və "VAZ" markalı minik avtomobilinin sol hissəsinin üzlüyü və yan şüşəsi yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 05:21-də söndürülüb.

Türkan Nadirqızı

Movqe.Az