1 yaşlı uşaq boğularaq öldü

13 İyun 2012 21:43 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, körpə uşaq su arxına düşüb. 

Qeyd edək ki, bu hadisəyə səbəb valideyin məsuliyyətsizliyidir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə Goranboy rayonunun Sarov kəndində qeydə alınıb. 1 yaşlı körpə su arxına düşərək boğulub.

Qeyd edək ki, bu ölkədə baş verən ilk hadisə deyil. Artıq valideyinlərin övladlarına laqeyid yanaşdıqlarına görə, ölkədə uşaqların ölümü artmaqdadır.

Türkan Nadirqızı

Movqe.Az