Günay gözəlləşməsi üçün hər gün külli miqdarda vəsait sərf edir

11 Mart 2014 12:38 (UTC+04:00)
Müğənni Günay İbrahimli hər gün gözəllik salonuna gedir. Mövqe.az xəbər verir ki, bu barədə "Şoubiz" verlişində məlumat verən müğənni hər gün gözəllik salonunda xərclədiyi pulun qədərini də açıqlayıb : " Hər gün gözəllik salonuna gedirəm. Günə 50-60 manat xərcləyirəm. Bizim işimiz bunu tələb edir. Hər gün formada olmalıyıq. Təkcə saçıma yox, üz, qaş, manikur və s. kimi qulluq vasitələrindən də istifadə edirəm. Çünki xanım baxımlı olmalıdır".