F.A : " Çünki tərk edilməyim üçün şərait yaratmamışam"
11 Mart 2014 13:35 (UTC+04:00)
Xalq artisti Faiq Ağayev maraqlı etirafı ilə yenidən diqqəti öz
üzərinə çəkib. Mövqe.az xəbər verir ki, dünən gecə tanınmış tele
aparıcı Murad Arifin təqdimatında yeni formatda yayımlanan "Solo"
verlişinin ilk qonağı Faiq Ağayev olub. Verliş zamanı bir çox
maraqlı məsələlər barədə səmimi etiraflarını tamaşaçılar ilə
bölüşən F. A bildirib ki, heç zaman münasibətdə olduğu qadınlar
tərəfindən tərk edilməyib : " Şükür Allaha ki, məni bu yaşıma qədər
tərk edən olmayıb. Əgər münasibətdə olduğum insandan soyuqluq və ya
artıq belə getməyəcəyini hiss etmişəmsə 2 gün əvvəl özüm ondan
ayrılmışam. Bəlkə bu təkəbbürlülüydən yaxud da ki, çox qürurlu
olduğumdan irəli gəlir... Amma bircə onu deyə bilərəm ki, bu günə
qədər Faiq Ağayeva "Əlvida, mən getdim, bitdi" sözlərini deyən
olmayıb. Çünki tərk edilməyim üçün şərait yaratmamışam".
Mövqe.az sizə dünənki "Solo" verlişindən özəl görüntüləri əks
etdirən fotoları sizə təqdim edir :



