Azyaşlı 2-ci mərtəbədən yıxılaraq öldü

11 Mart 2014 13:41 (UTC+04:00)

Ağcabədidə Xocavənd kənd sakini azyaşlı uşaq 2-ci mərtəbədən yıxılaraq ölüb.

Movqe.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 10-da Ağcabədi rayonu Xocavənd kənd sakini, azyaşlı Əliş Əzizov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb. Əliş Əzizov aldığı xəsarətdən ölüb.