Krım parlamenti regionun müstəqilliyi haqqında bəyannamə qəbul edib

11 Mart 2014 15:19 (UTC+04:00)

Krım Ali Şurası regionun müstəqilliyi və Rusiyanın tərkibinə daxil olmaq niyyəti barədə bəyannamə qəbul edib. Movqe.az-ın məlumatına görə, bu barədə parlamentin mətbuat xidməti aparatının əməkdaşına istinadən RİA "Novosti" yayıb.

Agentliyin müsahibi bildirib: "Qərar indicə, növbədənkənar sessiyada qəbul edildi. Layihəni 78 deputat dəstəkləyib".

Krım Ali Şurasında cəmi 100 deputat var.

Mənbənin bildirdiyinə görə, "Krım müstəqil suveren dövlət kimi referendumun keçirilməsindən sonra subyekt kimi RF-nin tərkibinə daxil olmaq barədə təkliflə Rusiya Federasiyasına müraciət edəcək".

Onun sözlərinə görə, qərar qəbul olunduğu andan qüvvəyə minir.

Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusuna dair martın 16-da referendumun keçirilməsinə səs veriblər.