17 yaşlı Nərminin dəfnində qalmaqal

11 Mart 2014 15:27 (UTC+04:00)

Qızın dəfn mərasimində rəsmi şəxslərin iştirak etməyib

Ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən 17 yaşlı Nərmin Hüseynlinin cənazəsi torpağa tapşırılıb. Nərminin yaxınlarının anspress-ə verdikləri məlumata görə, artıq dəfn mərasimi yekunlaşıb. Nərminin dəfn mərasimində rəsmi şəxslərin iştirak etmədiyi bildirilir. 


Onun ailəsinin göstərişi ilə jurnalistlərin də mərasimdə iştirak etməsi məhdudlaşdırılıb. Saray qəsəbə qəbristanlığında baş tutan mərasim zamanı Nərminin dostları, ailə üzvləri, qohunları iştirak edib.


Xatırladaq ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilib. Müxtəlif xeyriyyə tədbirlərində onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanıb. İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər. Lakin Nərmin Hüseynli ötən gün Türkiyədə müalicə aldığı klinikada vəfat etmişdi.