Dünyada geniş şəkildə yayılmağa başlayan sığorta növləridən biri də mülki məsuliyyəti sığortasıdır. Bir çox xaric ölkələrdə istifadə olunan bu sığorta növü müəyyən üstünlüklərə malikdir. Belə ki, gündəlik həyatımızda tez-tez yol-nəqliyyat hadisələri baş verir. Qəzalar zamanı günah bəzi hallarda sürücüdə, bəzi hallarda isə piyadada olur. Nəticədə tərəflərdən biri daha çox ziyana düşmüş olur və bəzi hallarda xərcləri qarşılaya bilmir. Sözügedən vətəndaş məsuliyyəti sığortası belə hallarda piyadaların köməyinə çatır. Belə ki, əgər vətəndaşlar bu sığorta növündən yararlanırlarsa və qəza zamanı təqsir onda olsa belə, həm onun, həm də qarşı tərəfin xərclərini sığorta şirkəti ödəyir. Bəs bizdə bu zaman insanların köməyinə gələ biləcək mülki məsuliyyəti sığortası tətbiq olunurmu?
Sığortaçı ekspert Xəyal
Məmmədxanlının sözlərinə görə, mülki məsuliyyətin sığortası əmlak
sığortası sinfinə daxil olan sığorta növlərindən biridir: "Bu
sığorta növü sığortalı şəxsin başqa üçüncü şəxslərin əmlakına,
həyat və sağlamlığına vurduqları ziyana görə məsuliyyətinin
sığortasını nəzərdə tutur. Sığorta növləri içərisində əslində, ən
zərurilərindən biridir. Ona görə ki, sığorta ödənişini alan şəxs (
üçüncü şəxs) heç bir təqsiri olmadan sığortalının hərəkəti və ya
hərəkətsizliyi nəticəsində ziyan çəkir. Mülki məsuliyyət
sığortasının dünyada 20-yə yaxın növü tətbiq edilir. Bunların
içərisində ən geniş tətbiq olunanlardan biri "Avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası" dır ki, bu
ölkəmizdə icbari qaydada tətbiq olunur. Belə ki, Azərbaycanda bütün
avtomobillər öz mülklərini icbari şəkildə sığortalayırlar. Həmin o
sığortaya görə avtomobilin sahibini təqsiri ucbatından başqa birisi
zərər çəkirsə, şirkət həm avtomobilə, həm də şəxsə dəymiş zərəri
ödəyir".
Digər ekspert Mustafa Abbasbəyli də Mövqe.az
saytına verdiyi açıqlamada məsuliyyət sığortasının bir qədər başqa
formada da olsa, ölkəmizdə tətbiq olunduğunu bildirdi:
"Azərbaycanda hal-hazırda bu sığorta növü bir qədər başqa formada
tətbiq olunur. Bildiyiniz kimi, icbari sığorta piyadaların
vurulmasına qarşı da tətbiq olunur. Burda 5000 manat sığorta
ödənişi nəzərdə tutulubdur. Əgər təqsir sürücüdədirsə və
yol-nəqliyyat hadisəsi nəticəsində piyada zərər görübsə, onun
müalicəsinə, vəfat edibsə, həmin şəxsin varislərinə 5000 manat
sığorta ödənişi edilir. Bunun könüllü növləri də var. Bütün sığorta
şirkətləri bu növdən istifadə edir. Könüllü şəkildə şəxs öz
əmlakını istənilən məbləğdə sığorta etdirir. Bu halda isə şəxs
vəfat edərsə, ona dəymiş zərər qarşılıqlı razılaşma əsasında və ya
məhkəmə qərarı əsasında müəyyən olunduğu məbləğdə vəfat etmiş
şəxslərin yaxınlarına verilir".
Lakin ekspert sığortanın yalnız sığortaçı tərəf günahkar olduğu halda ödəndiyini deyir: "İstənilən halda əgər bu məsuliyyət sığortasıdırsa, yalnız təqsir olduğu halda tətbiq olunur. Xarici ölkələrdə də, Azərbaycanda da bu şəkildədir. Məsuliyyətdən söhbət gedirsə, təqsir mövcud olmalıdır".