ABŞ-a yollanan aktrisa məcbur qalıb nömrəsini dəyişdi

11 Mart 2014 16:34 (UTC+04:00)
Türkiyəli aktrisa Gizəm Karaca ABŞ-a yollanıb. Mövqe.az xəbər verir ki, narkotik qalmaqalı ilə əlaqədar uzun müddət ölkədən çıxa bilməyən aktrisanın məhkəmə qadağası bir həftə öncə ləğv olunub. "Mənim hələ ümidim var" serialının yayımı dayandırıldıqdan sonra aktrisanın əhval ruhiyyəsi heç yoxdur. Bildirilir ki, hətta aktrisa bu durumdan rahatsız olub və bir müddət depressiya yaşayıb. Aktrisanın telefon nömrəsini onun fanatları ələ keçirib. gecə-gündüz ona zəng edərək, tanışmaq istəyən pərəstişkarları ucbatından G. Karaca telefon nömrəsini dəyişib və yeni nömrəsini ancaq lap yaxın dostlarına deyib.