Nikahsız övlad həyata gətirdiyim üçün qınaq obyektinə çevrilmişəm - Təranə

11 Mart 2014 17:22 (UTC+04:00)
Prodüsser Təranə Səmədova nikahdan kənar övladı olduğu üçün hələ də qınaq atəşinə tutulur. Mövqe.az xəbər verir ki, tanınmış prodüsser evli olduğu zamnlar öz dediyinə görə uşağı olmurmuş. Onun beyninə elə fikirlər yürüdüblər ki, o sonsuz bir qadındı. Lakin müğənni Kərim Abbasovdan boşandıqdan sonra Təranənin bir qız övladı olur. Hal-hazırda qızı ilə birlikdə yaşayan Təranə Səmədova çox duyğusal, gözəl anadı. Hər şeyini övladına qurban edən prodüsser ona tərəf yönələn qınaqlara belə cavab verib : " Bəli, mən nikahsız övlad dünyaya gətirmişəm. Bunun üçün qınaq obyektinə çevrilirəm və bununla da razıyam. Ancaq mənim övladım mənim üçün çox müqəddəsdir. Ona toxunmaq olmaz. O, bəziləri üçün indi də göz dağıdır".