Masallı rayonun daha bir kəndi təbii qazla təmin olundu

11 Mart 2014 11:34 (UTC+04:00)

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri, o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində böyük işlər görülür.

Bununla dağlı  05 mart 2014-cü il tarixdə Qarğalıq kəndi ərazisinin Dəlləkli kəndində 28 abonentlik təbii qaz verilmişdir. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı çox hörmətli cənab Rafil İsrafil oğlu Hüseynov Dəlləkli kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi və qarşıdan gələn novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, su, kanalizasiya və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir.

Kənd ağsaqqalı Rəbbi Kərimov, ziyalı Tofiq Eminov, kənd sakini Xumar Əsgərova və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.Onlar danışmışlar ki, 

Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı çox hörmətli cənab Rafil İsrafil oğlu Hüseynov  təbii qazın  verilməsini nümayiş etdirən "mavi alovu" alışdırmışdır.

ƏLIHÜSEYN ŞÜKÜROV