“Epress.am” saytı: “Ermənistanda reklam monopoliyası Sarkisyanın kürəkəninə məxsusdur”

11 Mart 2014 17:59 (UTC+04:00)

"Ermənistanda reklam monopoliyası Serj Sarkisyanın kürəkəninə məxsusdur". Bu haqda movqe.az Ermənistanın "Epress.am" saytına istinadən xəbər verir. Məlumata əsasən, bu gün Ermənistanda reklam qanunvericiliyinin müəyyən qrup insanlar üçün nəzərdə tutulduğu faktdır.Erməni nəşri bildirir ki, prezident kürəkəninin reklamında tünd spirtli içkilər reklam olunur. Bu mövzu ötən gün Ermənistan parlamentində müzakirə olunub və "Ermənistan Milli Konqresi"nin katibi Aram Manukyan öz çıxışında bildirib ki, Ermənistanda reklam monopoliyaya alınıb. Bu monopoliyasının başında da Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan dayanır: "Reklam bütövlükdə monopoliyaya alınıb. Ermənistanda bu gün sadəcə bir şəxs nəyin harada, necə və nə cür olacağını müəyyənləşdirir".Qeyd edək ki, bu gün Ermənistanda hakim partiyaya məxsus bir çox monopolist şəxslər ölkəni talamaqla və xalqı soymaqla məşğuldurlar.