Bakı metrosunda qorxulu anlar

11 Mart 2014 18:21 (UTC+04:00)
Bu gün səhər saatlarından başlayaraq Bakı Metropolitenində kəskin qoxu hiss edilməyə başlayıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə mətbuatda məlumat yayılıb. Yayılan məlumata görə, metronun "Xalqlar dostluğu"-"Neftçilər" stansiyalarının tunelində kəskin qoxu yayılıb. Bu iy nəticəsində nəfəs almaq çətinləşib.

Sərnişinlərin bəziləri bunun kimyəvi maddənin qoxusu olduğunu, digərləri isə kanalizasiya sularının metro tunelinə axıdılmasından yarandığını iddia edirdilər. Qısa müddət ərzində kəskin qoxu "Koroğlu" stansiyasına qədər yayılıb. Hətta metrostansiyaların giriş-çıxış hissələrində də nəfəs almaq çətinləşib.

Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, heç bir problem yaranmayıb. "Metroda elə bir problem yoxdu. Metroda şaxtada ventlyasiya sistemi işləyir. Ola bilər ki, sərnişinlərdən kimsə kəskin qoxulu maddə aparıb. Onun da iyi yayılıb. Hazırda hər şey qaydasındadır", - deyə məlumatda bildirilib.