Almaniya Hollandiyanı, Portuqaliya isə Danimarkanı məğlub edib

14 İyun 2012 12:09 (UTC+04:00)

Birinci hissədə Qomes iki topla fərqlənib. İkinci hissədə isə hollandiyalı Van Persi 73-çü dəqiqədə cavab qolunu vurub. Portuqaliyanın futbol üzrə yığması 2012-ci il Avropa çempionatının qrup mərhələsinin ikinci matçında Danimarka millisini 3:2 hesabı ilə məğlub edib.

Qolların müəllifləri portuqal futbolçular Pepe (24) , Poştiqa (36) və Varela (88). Daniya oyunçusu Benttner 41-ci və 88-ci dəqiqədə cavab topları vurub. Bakı vaxtı ilə saat 23:45-də B qrupunun növbəti oyununda Hollandiya və Almaniya yığmaları qarşılaşacaq. /Trend/