AZAL-dan bayram sürprizi

11 Mart 2014 20:50 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" Novruz bayramı münasibətilə aviaşirkətin həyata keçirdiyi uçuşlarda xüsusi aksiyaya başlayıb

 "Azərbaycan Hava Yolları – AZAL" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Novruz bayramı münasibətilə aviaşirkətin həyata keçirdiyi uçuşlarda xüsusi aksiyaya başlayıb. 


AZAL-dan bildiriblər ki, aksiyaya əsasən gediş-gəliş də daxil olmaqla Praqa, Milan, Roma, Paris, London və Pekinə biletlərin qiyməti 399 avro, Mineralnıye-Vodı və Aktauya 199 avro, İstanbula 229 avro, Ankaraya 329 avro, Təbriz və Tehrana 179 avro, Təl-Əvivə isə 369 avro təşkil edir.


Aksiya martın 9-dan 25-dək alınan biletlərə şamil olunur. Uçuş tarixləri isə martın 26-dan mayın 19-dək olan dövrü əhatə edir. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Yerlər məhdud olar bilər.


Maraqlananlar daha ətraflı məlumat almaq və aviabiletləri bron etmək üçün Çağırış Mərkəzinə müraciət edə bilərlər: +(99412) 598-88-80, *8880.