XƏRÇƏNG

12 Mart 2014 08:00 (UTC+04:00)

Aktiv və enerjili olun. Birlikdə çalışdığınız insanlarla müqayisədə daha çox iş görə bilərsiniz. Bilik və bacarıqların əldə olunması, yeni və dəyərli informasiyanın alınması üçün münasib gündür. Başqalarının təcrübəsindən yararlana bilərsiniz. İşgüzar danışıqlar məhsuldar keçəcək. Qəfil və maraqlı təklif istisna deyil. Axşam saatlarında mütləq ailəvi tədbirə qatılın.