Rusiya danışıqları rədd edir

12 Mart 2014 10:55 (UTC+04:00)

Ukraynanın müvəqqəti Prezidenti Oleksandr Turçinov Rusiya liderlərinin Ukraynalı həmkarları ilə olan bütün danışıqlardan boyun qaçırdığını bildirib.

 Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Cənab Turçinov AFP agentliyinə bildirib ki, referendum sessiyası "saxtakarlıqla" nəticələnsə də, Ukrayna Krımda hərbi müdaxilə etməyəcək. 

 Eyni zamanda, Xarici İşlər Naziri Arseniy Yansentyuk Prezident Barak Obama ilə görüşmək üçün ABŞ-a gedib. Sabah o, Nyu Yorkda BMT-nin Təhlükəsizlik Şurasına müraciət edəcək.

 "Biz Krımda hərbi əməliyyat başlada bilmərik. Rusiya ilə olan şərq sərhədimizi bağlasaq belə Ukrayna müdafiə oluna bilməyəcək. Təəssüf ki, Rusiya konflikti diplomatik yolla həll etmək istəmir." 

Prezident onu da qeyd edib ki, hazırda cəmi 6000 Ukrayna əsgəri müharibəyə hazır vəziyyətdədir.