Türkiyədə Berk Elvan aksiyaları

12 Mart 2014 11:05 (UTC+04:00)

Gəzinti hərəkatları əsnasında başından vurularaq yaralanan və 269 gün komada qaldıqdan sonra dünyasını dəyişən Berk Elvanın ölümünə etiraz etmək üçün başda İstanbul, Ankara və İzmir olmaqla Türkiyənin hər tərəfində tədbirlər təşkil edilib.

 

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, İstanbulda Beşiktaş, Kadıköy və Okmeydanında təşkil edilən hərəkatlara polis gözyaşartıcı qaz və təzyiqli suyla müdaxilə edib. 


İstanbulda Beşiktaşdan Taksimə doğru hərəkət edən qrup, Nişantaşı Valikonağı Prospekti üzərində dayandırılıb. 



Hadisələr əsnasında, prospektdə yerləşən mənzillərdə yaşayan sakinlər pəncərələrinə çıxaraq qazan-tava çalaraq aktivistlərə dəstək verib. 


Polisin qovduğu nümayişçilər ara küçələrə qaçaraq gözdən itib.