Özünü şou-biznesin sultanı bilir

12 Mart 2014 11:17 (UTC+04:00)
Şou biznesin sultanı olduğunu iddia edən müğənni Səidə Sultan "Şou+" verlişinin qonağı olub. Mövqe.az xəbər verir ki, müğənni oluğu üçün təəssüf hissi keçirən müğənni fikirlərini bölüşüb: "İlk dəfə sənətə gələndə çox çətinliklərim oldu, heç toylara da gedə bilmirdim.  Deyirdim, mən heç vaxt toy oxumayacağam. İndiki ağlım olsaydı, heç vaxt müğənni olmazdım. Bu sənətdə çox yersiz insanlarla rastlaşdım. Zəif tərəfimdən istifadə edib, məni vurdular. Çirkinliyi olanı qaldırdılar dağ başına, təbii, səmimi olanı isə aşağıladılar".