Bir neçə rayonda qaz kəsiləcək

12 Mart 2014 11:32 (UTC+04:00)
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İctimai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhdudiyyət təmir işləri ilə əlaqədar olacaq. 
Bu gün saat 19:00-dək Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazınverilişində fasilələr yaranacaq.