Hüseyn Dərya niyə aliment ödəmir ?

12 Mart 2014 11:34 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, reper Hüseyn Dərya aliment ödəmir. Hal-hazırda ikinci dəfə boşanan reper Sona adlı xanımdan bir oğlu var. (birinci evliliyindən isə reperin bir qız övladı var-red) Uşaq artıq məktəbə gedir. Hüseyn Dəryanın isə imkanı yoxdur ki, övladına maddi yardım etsin. Uşağını az-az görməyə gedən reper bütün bunları "Düz üzünə" verlişində etiraf edib. Dekabrdan bu yana niyə aliment ödəmirsiniz sualına reper belə cavab verib : " Dekabrda mən xəstəxanada yataq xəstəsiydim. Özümümn dərman almağa pulum yox idi. İmkanım çatmırdı. Mən necə aliment ödəyə bilərdim. Siz deməyinizdən belə çıxır ki, necə əkmisən uşağı elə də pul ver. Amma başa düşmürsünüz ki, yox olan yerdən insan heç cür övladına baxa bilmir".


Xatırladaq ki, həqiqətən də Hüseyn Dərya dekabr ayında xəstəxanada olub.