Ölkənin baş onkoloqundan Nərmin Hüseynlinin ölümü ilə bağlı açıqlama-Özəl
12 Mart 2014 12:02 (UTC+04:00)
Ölkənin baş onkoloqu Azad Kərimli ötən gün dünyasını dəyişən Nərmin
Hüseynlinin ölümü ilə bağlı son günlər geniş müzakirəyə səbəb olan
məsələyə aydınlıq gətirib. A. Kərmli Movqe.az-a açıqlamasında N. Hüseynlinin ölümünə görə,
bütövlükdə Azərbaycan səhiyyəsinin günahkar hesab edilməsinin doğru
olmadığını söyləyib: "N. Hüseynli ilə bağlı xəbərləri mən də
mətbuat vasitəsilə eşitmişəm. Mən onun xəstəlik tarixçəsi ilə tanış
deyiləm. Amma eşitdiyimə görə, N. Hüseynliyə ilkin diaqnoz səhv
qoyuıub. Əslində o, xərçəngdən əziyyət çəkirmiş. Əlbəttə gənc bir
qızın vaxtsız ölümü təəssüf doğurucu haldır. Onda xəstəlik çox
aqressiv formada gedib. Amma bu o demək deyil ki, xərçəng
xəstəliyinin Azərbaycanda müalicəsi mümkün deyil. Bizdə müalicə
olunan xəstələr var ki, 25-30 il yaşayırlar. Onlar əməliyyatdan
sonra mütəmadi həkim nəzarəti altında olurlar. Azərbaycanda bu
xəstəliyin radioloji terapiyası mümkündür. Yəni xərçəng
xəstəliyinin xəstə vaxtında müraciət edərsə müalicəsi Azərbaycanda
mümkündür. Gənc qızın ölümünə görə Azərbaycan səhiyyəsini
suçlayanlara demək istəyirəm ki, bizim səhiyyəmiz təkçə bir
xəstəxanadan ibarət deyil. Azərbaycanda tibb sahəsində yüksək
peşəkarlıq səviyyəsi olan həkim kontingenti var".