Android istifadəçilərinin uzun zamandır gözlədiyi nəhəng Whatsapp yeniləməsi nəhayət yayımlanıb.
Movqe.Az xəbər verir ki, məşhur anlıq mesajlaşma tətbiqi WhatsAppın Android tətbiqi 2.11.186 -ya yüksəldilib.
Proqramın yeni distributiviylə yanaşı, Parametrlər vasitəsilə "Hesab" bölməsinə gələrək , "Gizlilik" hissəsindən "Son Görüntüləmə" zamanını bağlamaq mümkündür.
Bu da Whatsappın yeni distributiviylə gələn xüsusiyyətləri:
Son görüntüləri, şəkil və profil vəziyyəti üçün yeni gizlilik parametrləri
Fotoşəkillərə sürətli paylaşma üçün homescreen linki əlavə edildi
Dostuna xidmət üçün ödəmə qabiliyyəti əlavə ( ildə 0,89 €)
Söhbətlərə uzun video göndərmə xüsusiyyəti əlavə olundu
Bir widget ilə əsas ekranda oxunmamış mesajları görmək üçün variant əlavə ( Android 3.0 və üstü üçün )
Profil fotoşəkili və qrup rəmzlərini paylaşmaq və ya qeyd variantı əlavə edildi
İstifadəçilərin göndərə biləcəyi söhbət keçmişi artdı
Bəzi Sony ağıllı telefonlarda emoji göndərmə problemi həll edildi
Samsung Galaxy Note 3 və digər Sony ağıllı telefonlarda səsli qeydlərin yaddaşda saxlanma problemi həll edildi
Holland dil üçün dəstək aktivləşdirilib
Android cihazınıza WhatsApp tətbiqini yeniləmək Google Play Store daxil olaraq WhatsApp yeniləməsini seçməlisiniz .