Flappy Birdün oxşarları göbələk kimi çoxalır

12 Mart 2014 12:57 (UTC+04:00)

Olduqca maraq görməsinə baxmayaraq ani bir qərarla Flappy Birdü tətbiq mağazalarından geri çəkən inkişaf etdirici Dong Nguyen, bir jurnala verdiyi reportajda Flappy Birdün asan təqlid edilməsinin səbəbini izah edib.

 

Movqe.Az xəbər verir ki, Flappy Birdü oynaya bilməyən və yükləmək üçün fürsəti qaçıranlar isə bənzər oyunlara maraq duyaraq bu oyunların məşhurlaşmasına səbəb olub. 


Tətbiqin təkmilləşdiricisi Nguyenə görə  Flappy Bird təqlidlərinin bu cür sıx görülməsinin ən əhəmiyyətli səbəbi oyunun sadə bir quruluşda olmasıdır. Yəni oyunu udmaq üçün çox uzun zaman ayırmağa ehtiyac yoxdur və çox dəq sadə bir oyundur. 


Lakin bu sözlərinə baxmayaraq Nguyen təqlidlərinin əslini yaşadacağına diqqət çəkməyi və Flappy Birdün eynisini hazırlamağın mümkün olmadığını sözlərinə əlavə etməyi də unutmayıb.