“Avtovağzal” stansiyasının açılış tarixi məlum oldu

12 Mart 2014 13:10 (UTC+04:00)
Metronun "Avtovağzal" stansiyası may ayının 10-da istifadəyə veriləcək.  Modern.az xəbər verir ki, prezident İlham Əliyev may ayının 10-da bir çox açılışlar edəcək. Həmin açılışların arasında metronun "Avtovağzal" stansiyası da olacaq. Qeyd edək ki, mayın 10-u eks-prezident Heydər Əliyevin anadan olduğu gündür.

Yeni stansiyaların tikintisi ilə bağlı metroya yeni vaqonlar gətiriləcək. "Avtovağzal" stansiyasının açılışı ilə əlaqədar həmin vaqonların istifadəyə veriləcəyi gözlənilir.