Paytaxta gətirilən ətlər yoxlanılacaq

12 Mart 2014 13:45 (UTC+04:00)


Dövlət Baytarlıq Xidməti (DBX) Novruz bayramı ilə əlaqədar ov məhsullarının satışı ilə əlaqəfar paytaxtın müxtəlif yerlərində reydlərə start verib. Bu barədə  Movqe.az-a DBX-nın mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəli bildirib ki, paytaxtda bazarlara çıxarılan ov heyvanlarının əti baytar yoxlamasından keçiriləcək: "Köçəri quşların ovlanmasına qoyulan qadağa bu gün də qüvvədədir. Bundan başqa paytaxtın ət kəsim məntəqələrindəki ətlər də müayinədən keçiriləcək. Yarmarkalara çıxarılan ət məhsulları yoxlanılacaq".