Öz iti ilə evləndi

12 Mart 2014 14:18 (UTC+04:00)

İngiltərədə qeyri-adi hadisə baş verib. 47 yaşındaki Amanda Rodgers adlı bir qadın itiylə evlənib.


Movqe.az xəbər verir ki, itiylə evləndiyini açıqlayan Amanda Rodgers İngiltərənin son günlərdə ən çox danışdığı adlardan biridir. Qəribə evlilik xəbəriylə diqqət çəkən Rodgers itini Xorvatiyada görüb aşiq olduğunu söyləyib.


200 nəfərin qarşısında reallaşan  toyda 47 yaşındakı qadın itiylə evlənib. Amanda Rodgers , Şeba adlı dişi itiylə "ideal cütlük" olduqlarını deyir.


İtinin onu çox güldürdüyünü deyən qadın evlilik təklifini dizlərinin üzərinə çökərək etdiyini , itin quyruğunu sallamasından "bəli "dediyini anladığını söyləyib.


Düz 20 il əvvəl bir kişilə evlənən Rodgersin evliliyi cəmi bir neçə ay davam edib. O, bu dəfə evliliyinin uzun illər davam edəcəyinə ümid edir.