İtkin təyyarəni 10 ölkə axtarır

12 Mart 2014 14:30 (UTC+04:00)

Malayziya hava yollarına aid itən sərnişin təyyarəsi üçün 10 ölkədən çox sayda göndərilən vertolyot, təyyarə, gəmi və qrupun iştirakı havaçılıq tarixinin ən böyük axtarış əməliyyatı təşkil edilir. 


Movqe.Az xəbər verir ki, Malayziyanın paytaxtı Kuala Lumpurda Çinə gedərkən dörd gün əvvəl itən Malayziya Hava yollarına aid sərnişin təyyarəsinin tapılması üçün daha çox cəhd göstərilməsi çağırışı edən Çin, axtarış işlərinə peykləri ilə də dəstək verməyə başlayıb. 


Çinli səlahiyyətlilər, təyyarədə səyahət edən biri körpə olan 153 Çin vətəndaşının tapılması üçün 10 peykin bölgəni axtardığını açıqlayıb. 


Aviasiya tarixinin ən böyük axtarış əməliyyatına, 10 ölkədən çox sayda vertolyot, təyyarə, gəmi və qrup qatılır.