Azərbaycanın ən böyük sığorta şirkəti mobil operatorlardan Azercell-i seçdi

12 Mart 2014 15:19 (UTC+04:00)

1996-ci ildə, yarandığı gündən etibarən Azercell şirkəti ölkəmizdə innovativ müştəri xidməti sisteminin modellərini qurmuş və həyata keçirməkdə davam edən aparıcı şirkət olub. Korporativ abunəçilərə xidmət müştəri xidmətləri sahəsinin xüsusi bir istiqaməti olmaqla, daim Azercell şirkətinin əsas prioritetlərindən biri olub. Azercell korporativ rabitə xidmətləri sahəsində aparıcı mövqeyə malik şirkət olaraq öz şəbəkəsi daxilində Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən böyük sayda qeyri-hökümət təşkilatları və dövlət müəssisələrini, yerli və beynəlxalq şirkətləri birləşdirir. Mobil Nömrə Daşınması (MND) xidmətinin tətbiqindən sonra daha bir şirkət ölkənin mobil rabitə bazarının lider şirkətinin 4,5 milyonluq ailəsinə qoşulmağa qərar verdi. Martın 11-də MND çərçivəsində Azercell şirkətinin şəbəkəsinə keçən ilk korporativ abunəçi, ölkənin sığorta sahəsinin ən iri şirkətlərindən biri – Standard İnsurance şirkəti ilə görüş keçirildi. Şirkətin idarə heyətinin sədri Kamal İbrahimov xüsusi diqqətə və uzun illər ərzində Azərbaycanda innovativ və keyfiyyətli xidmətlər göstərilməsi sahəsində uğurlu xidmətə görə Azercell şirkətinə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, Azercell şəbəkəsinə keçmək qərarının əsas səbəbləri yüksək səviyyəli rabitə, etibarlı siqnal, keyfiyyətli mobil İnternet və ölkədə keyfiyyət standartına çevrilmiş ən qabaqcıl müştəri xidməti səviyyəsi olmuşdur. Öz növbəsində, Azercell şirkətinin Prezidenti Kiril Qaburiç Azercell-in təklif etdiyi keyfiyyətli rabitə və xidmətlərinə üstünlük verdiklərinə görə şirkətə təşəkkürünü bildirdi və bütün müştərilərə yüksək-keyfiyyətli xidmət, etibarlı rabitə və innovativ məhsullar təqdim edəcəklərini söz verdi. Xatırladaq ki, Azercell Telekom Mobil Nömrə Daşınması xidməti çərçivəsində qoşulma həyata keçirən ilk şirkət olmuşdur. Hal-hazırda şirkətin 200-dən artıq müştəri xidməti mərkəzi fəaliyyət göstərir ki, burada nömrə daşınması üçün ərizələr qəbul edilir və xidməltə əlaqədar geniş məlumat təqdim olunur. Şəbəkəyə ölkə boyu 148 ekspres-ofis, 10 abunə mərkəzi və 156 diler dükanı daxildir. Azercell bütün abunəçilərə ən yüksək səviyyədə xidmət göstərəcəyinə söz verir və hamını öz abunəçi şəbəkəsinə dəvət edir!