Azərbaycanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

14 İyun 2012 16:11 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Qəbələdə ağır yol hasisəsi qeydə alınıb. 

Qeyd edək ki, hadisə zamanı iki avtomobil toqquşub. Hadisə nəticəsin də 3 nəfər yaralanıb.

Məlumata görə, Qəbələ şəhərində "VAZ 21114"lə "Mercedes" toqquşub. Nəticədə ölən olmasada, 3 nəfər xəsarət alıb. Hal-hazırda yaralılar xəstəxanaya yerləşdiriliblər.

Yol hadisəsinə səbəb isə, iti sürət olub.

Faktla bağlı cinayət işi başlanıb.

Türkan Nadirqızı

Movqe.Az