Pişik ailəni girov götürdü

12 Mart 2014 17:01 (UTC+04:00)

ABŞ-da Portland şəhərində bir evdə yaşayan 18 kiloluq pişik , sinir böhranı keçirdiyi üçün bir ailəni girov alıb .


Bir otağa qaçan ailə , 911-ə zəng vuraraq kömək istəyib.


ABŞ-ın Portland şəhərində meydana gələn hadisədə Lee Palmer və Teresa Barker cütlüynün başı 18 kiloluq pişikləri ucbatından az qalsın bəlaya düşüb.


Movqe.Az xəbər verir ki, cütlüyün 7 aylıq uşaqları Cessenin pişiyin quyruğunu çəkməsi nəticəsində əsəbiləşən heyvan ailəyə hücum edərək yataq otağına gizlənmələrinə səbəb olub.


Hadisədən sonra 911-i axtararaq polislərdən kömək istəyən Lee Palmer , pişiklərinin qapının qarşısında gözlədiyini və əsəbi şəkildə hırladığını deyib.