Bakı metrosunda şok ucuzlaşma!

12 Mart 2014 17:46 (UTC+04:00)
Bu gün "Gənclik" və "Neftçilər" metrostansiyalarının keçidlərindəki köşklərdə "bütün mallara endirim" yazısı yazılıb. ANS PRESS-in məlumatına görə, satıcılar endirimin səbəblərini metrodakı ticarət obyektlərinin bağlanması ilə əlaqədardır. Buna görə də, həmin obyektlərdə satılan mallara 20-50 faiz edilib.

"Yeni gətirilən mallara 20 faiz endirim, köhnə mallara isə 50 faiz endirim edilir. Bizə əvvəlcə obyektlərin bağlanması üçün 1 həftə vaxt verilmişdi. Amma sonradan bildirdilər ki, martın 26-a kimi obyektləri boşaldaq", - deyə Mahmud İsayev adlı satıcı bildirib.

Satıcılardan obyektlərin nə üçün yığışdırıldığını soruşduq. Satıcılar bildirdilər ki, obyektlərin icarəyə götürülməsi barədə imzalanmış müqavilələrin vaxtı bitir. "Metropoliten rəhbərliyi həmin müqavilələrin müddətini uzatmaq istəmirlər və yeni müqavilələr də təklif etmirlər. Artıq bizdən bu ayın kirayə haqqını da alıblar", - deyə satıcılar bildirib.

Endrimlərlə əlaqədar metropolitendəki satış obyektlərində qələbəlik yaşanırdı. Endirimlər daha çox paltar və parfumeriya satılan obyektlərdə müşahidə olunurdu.

Metropolityen girişində adi günlərdən fərqli olaraq polis əməkdaşları daha ciddi nəzarət aparırdılar. 

Qeyd edək ki, mart ayının 26-a qədər metropolitenin içrisindəki ticarət obyektləri tamam yığışdırılacaq. Metropolitenin keçidindəki ticarət obyektlərinin isə nə zaman köçürüləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl metropolitenin keçidindəki ticarət obyektləri təmir olunmuşdu.