Ona sadəcə bir gecə üçün ev, avtomobil və 2 milyon dollar təklif etdilər!

12 Mart 2014 18:04 (UTC+04:00)

Bəyaz TV-də yayımlanan "Danışmasam olmaz" proqramında şok anlar yaşanıb. Mövqe.az xəbər verir ki,  2005-ci ildə Türkiyə " Modellər Kraliçası" seçilən Sevil Uyar etdiyi açıqlama ilə hər kəsi heyrətləndirə bilib. Məşhur bir prodüsserdən əxlaqsız təklif alan Türkiyə gözəli öz dediyinə görə, təklifi rədd edib: " Bir çox şeyə "HƏ" desəydim bu an fərqli həyatım var idi . Bir rejissordan əxlaqsız təklif gəldi. Cavab belə vermədim. Təklif mənə olunan zaman ən şokedici məqam budur ki, həmin insanın sevgilisi də yanında idi. Əvvəlcə şam yeməyi, sonrasında isə hər şey məlumdu.  Olduqca böyük bir rəqəm təklif etdilər. 2 milyon dollar , ev , avtomobil ... Bir sözlə bütün həyatımın dəyişəcəyini söylədilər. Əvvəl elə bildim zarafat edirlər. Sonra gördüm ki, həqiqətəndə gecəni onunla birlikdə keçirməyimi istəyirlər. Soyuqqanlı davransam da ,çox qorxdum. Həm də təklif olunan zaman onların ofislərində idim. Sadəcə siz sərt bir qayaya rast gəldiniz" dedim.


Qeyd edək ki, S. Uyara bu təklifi edən insan həm xaricdə, həm də ki, Türkiyədə çox məşhur bir iş adamıdır.