"Şou-biznesin yaradıcılarından biri mənəm"

12 Mart 2014 20:20 (UTC+04:00)

Xalq artisti Faiq Ağayev şou-biznesdə baş verən qalmaqallara münasibət bildirib. 


Movqe.az "Qafqazinfo"ya istinadən bildirir ki, xalq artisti açıqlamasında yaradıcılıq fəaliyyəti olmayan insanların qalmaqala əl atdığını vurğulayıb:

"Mən şou-biznesin yaradıcılarından biriyəm. Valideyn öz övladından hər gün razı olmur. Şou-biznesdə bəyəndiklərim də, bəyənmədiklərim də var. Bu sahədə fəaliyyət göstərən çox az adamdan razıyam. Əsas odur bizdən razı olan tamaşaçılar var. Önəmli olan budur. Baş verən qalmaqallar əhəmiyyətsizdir. Adi həyatdan götürək. Bir insan nə qədər dava etsə, qonşuları ondan narazı olacaq. Ortada iş, mahnı, klip olmayanda səs-küy salırlar. Bu, doğru deyil".