Polis İstanbul və Ankarada etirazçıları dağıdıb

12 Mart 2014 22:21 (UTC+04:00)
Bu gün 10 minə yaxın adam İstanbulda ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı Berkin Əlvanın dəfn mərasimində iştirak edib.Movqe.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dəfn mərasimindən sonra aksiya iştirakçıları polisin bağladığı Taksim meydanına doğru yürüş etmək qərarına gəliblər.Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək nümayişçilərin meydana doğru hərəkətinə imkan verməyib.Eyni zamanda, yüzlərlə insan Ankaradakı Qızılay meydanına toplaşıb. Burada da polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.Türkiyənin bir çox şəhərlərində də Berkin Əlvanın ölümü ilə əlaqədar etiraz aksiyaları keçirilir.