Ukrayna Avropa Birliyi ilə assosiativ Sazişin siyasi hissəsini gələn həftə imzalayacaq
12 Mart 2014 22:25 (UTC+04:00)
Ukrayna Avropa Birliyi ilə assosiativ Sazişin siyasi hissəsini bu
yaxınlarda , qarşıdan gələn Avropa Birliyinin sammitində imzalaya
bilər.Movqe.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə
görə, bunu Polşanın baş naziri Donald Tusk Almaniya kansleri Anqela
Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bəyan
edib."Assosiativ Sazişin siyasi hissəsini gələn həftə, Avropa
birliyinin sammitində imzalanacağı gözlənilir", - deyə Tusk
bildirir."Assosiativ Sazişin siyasi hissəsini mümkün qədər tez
imzalanmasına qərar verdik", - A.Merkel əlavə edib.Avropa
Birliyinin növbəti sammiti martın 20-21-də keçiriləcək.