Olland Putinə səsləndi: "Krımın Rusiyaya birləşdirilməsi yolverilməzdir"
12 Mart 2014 23:32 (UTC+04:00)
Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı ilə telefon
danışığı zamanı Krım məsələsini müzakirə edib. Movqe.az-ın
məlumatına görə, Olland Krım böhranının həll olunması üçün hər cür
dəstək verməyə hazır olduğunu bildirib.Fransa prezidentinin mətbuat
xidmətindən verilən məlumata görə, Olland Putinə Krımın Rusiyaya
birləşdirilməsinin yolverilməz olduğunu deyib. Həmçinin Krımda
keçirilməsi planlaşdırılan 16 mart referendumunun heç bir hüquqi
əsasının olmadığını Putinə xatırladıb.Fransa prezidenti Rusiya ilə
Ukrayna arasındakı münaqişənin təhlükəli həddədək genişlənməsinin
qarşısını almaq üçün hələ vaxtın olduğunu bildirib.