ATƏT-in Minsk qrupu həmsədrləri apreldə regiona səfər edəcəklər

12 Mart 2014 23:53 (UTC+04:00)
"ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə əməkdaşlığın vacibliyini və sülh prosesin inkişafı üçün yüksək səviyyədə danışıqların aparılmasının zəruri olduğunu hesab edirlər."Movqe.az-ın məlumatına görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında belə deyilir.Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Paris və Moskva görüşlərinin davamı olaraq apreldə regiona səfər etməyi planlaşdırırlar. "Həmsədrlər 2013-cü ilin noyabrında Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün xarici işlər nazirləri ilə təmasları davam etdirirlər". Nazirlər bir daha açıq məsələləri həll etmək və prosesi sürətləndirmək arzusunda olduqlarını bildiriblər.