Azərbaycanda itkin düşmüş 25 nəfərdən xəbər var
13 Mart 2014 09:20 (UTC+04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2013-cü il ərzində
keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada
itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin
taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından
çıxarılıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.Həmin
şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5
nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn
edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən
edilib.Qeyd edək ki, 1 mart 2014-cü il tarixinə əsir, itkin düşmüş
və girov götürülmüş şəxslərin sayı 4014 nəfər təşkil edib. Onlardan
3254 nəfər hərbçi, 758 nəfər mülki şəxsdir. 2 nəfərin hərbçi və ya
mülki olduğu məlum deyil.