Qlazqoda evlər yerlə yeksan olundu

14 İyun 2012 21:02 (UTC+04:00)

 Şotlandiyanın Qlazqo şəhərində məşhur "Red Road" yaşayış kompleksinin ləğv edilməsi işlərinə start verilib.

"Red Road" kompleksini təşkil edən çoxmərtəbəli yaşayış binaları Qlazqo şəhərində II Dünya Müharibəsindəndən sonra mənzil böhranını həll etmək məqsədilə tikilmişdir.

Tədricən bu evlərdə əsasən yoxsul ailələr məskunlaşmağa başlamışlar. Yoxsulluq zonasına çevrilən həmin yaşayış kompleksi eyni zamanda kriminallar üçün münbit mühitə çevrilərək müvafiq adda çıxarmışdır.

Türkan Nadirqızı

Movqe.Az