Suraxanıda əhalinin tibbi müayinəsi uğurla davam edir

13 Mart 2014 12:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən cari ilin 17 fevral tarixdən başlayaraq ölkə vətəndaşlarının pulsuz tibbi müayinəsinin keçirilməsi dövlətimizin insanlara yüksək qayğısının daha bir bariz nümunəsidir. Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Hazırda ölkənin hər yerində qeyd olunan istiqamətdə zərutri işlər görülür. Əhalinin tibbi müayinəyə cəlb edilməsi respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da uğurla davam etdirilir. Bunu rayonda gördüklərimiz də əyani surətdə təsdiq edir.

Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova görülən işlərlə əlaqədar bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla keçirilir. Belə ki, rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2014-cü il tarixli 17 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi üçün rayon İcra Hakimiyyətində komissiya yaradılmışdır. Eyni zamanda rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunub. Qrafik əsasinda rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir. Bu müayinədən rayon əhalisi çox razıdır. Yoxlamalar zamanı müəyyən xəstəliklərin aşkar olduğu tədqirdə proflaktik tədbirlərin həyata keçirilməsi isanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir. Bu tədbirin həyata keçirilməsi Prezidentimiz İlham Əliyevin Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Suraxanı rayonun 209312 əhalisi və 20125 nəfər məskunlaşmış məcburi köçkünlər tibbi müayinədən keçəcəklər. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçirilir. Bu aksiya çox uğurla davam etdirilir.

13 mart 2014-cu il tarixədək Suraxanı rayonunda 55 mindən çox vətəndaş və 80-dən çox kollektiv tibbi müayinədən keçib. 1487 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 102 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müayinələrə cəlb edilmişdir.

23 saylı Şəhər Poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə bildirdi ki, 2013-cü ildə Poliklinika əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilmişdir. Müəssisəmiz 23085 nəfər əhaliyə xidmət edir. Poliklinikaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, ulturasəs və digər müayinələrdən keçirlər.13 mart 2014-cü il tarixədək 7 min nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib. Bunlardan 293 nəfəri rentgen, 609 nəfəri laboratoriya müayinəsindən, 419 nəfəri USM aparatından və 224 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 159 nəfərərində xəstəlik aşkar olunub və 49 nəfəri stasinar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Hövsan qəsəbəsinin sakini, kənd ağsaqqalı Hacıəli Rəhmanov 23 saylı ŞP-nin tibbi heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdii və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısı bildirərək xüsusi vurğuladı ki, 17 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidentidir. Qəsəbə sakini Quluyeva Rəhimə Abdul qızı bildirdi ki, bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti biziə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.