Dünya çempionatının biletləri satışda

13 Mart 2014 12:50 (UTC+04:00)

Bu ilin yayında Braziliyada futbol üzrə keçiriləcək dünya çempionatının bilet satışlarının ikinci mərhələsi start götürüb. 

Movqe.az "Qafqazinfo"ya istinadən  xəbər verir ki, mundialın San Paulu şəhərində keçiriləcək açılış matçı və Rio de Janeyrodakı final oyunları üçün bütün biletlər satılıb. Bu gündən etibarən digər matçlar üçün bilet satışı başlayıb. Azarkeşlər "fifa.com" saytı vasitəsilə biletlərini əldə edə bilərlər. Çempionatın bilet satışı ilə məşğul olan qurum 345 minə yaxın biletin satışa çıxarıldığını bildirib. Oyunlar zamanı uşaqlar da daxil olmaqla heç kəs stadiona biletsiz daxil ola bilməyəcək.