Nyu Yorkda bina çökdü

13 Mart 2014 13:02 (UTC+04:00)
Nyu Yorkun şərqi Harlem bölgəsindəki bir binada meydana gələn partlayışda 2 bina çöküb. Partlayışın səbəbi hələlik açıklanmayıb.

Movqe.Az xəbər verir ki, hadisədə 2 qadının öldüyü, 4-ü ağır olan 17 nəfərin yaralandığı bildirilib. Hadisə şahidləri, dünənki partlayışın ardınca bölgəni tüstü buludu bürüdüyünü deyib. Yanğını söndürməyə çalışan polis və xilasetmə qrupları ifrat tüstüdən ötəri maska ​​taxaraq işləmək məcburiyyətində qalıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.