Dubayda fırtına və sis həyəcanı

13 Mart 2014 15:10 (UTC+04:00)

Dubayda səhər saatlarında başlayan sis və qum fırtınasının təsiri 5 gün davam edəcək. 


Movqe.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmrliklərinin ticarət və turizmlə məşhur Əmirliyi Dubay, mənfi hava şərtlərinin təsirində qalıb.


Səhər saatlarında başlayan sisin ardınca şəhərin bəzi bölgələrində görülən qum fırtınasıyla yollarda məsafə qısalıb. Küləyin təsiriylə yaranan qum fırtınaları sürücülərə çətin anlar yaşadıb. 


Mənfi hava şərtlərinin 5 gün davam edəcəyi deyilib.